ONN İnformasiya Agentliyi

“”İpək yolu”na aid ölkələr bir-birlərinə rəqib deyil”

“”İpək yolu”na aid ölkələr bir-birlərinə rəqib deyil”
28 Noyabr 2017 - 17:56

“İpək yolu”na aid olan ölkələr bir-birlərinə rəqib deyil”.

ONN media APA-ya istinadən xəbər verir ki, bu barədə Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili  deyib.

Onun sözlərinə görə, Gürcüstan infrastruktur layihələrinə böyük investisiyalar yatırır. “Türkiyə və Azərbaycanla birgə reallaşdırdığımız Bakı-Tbilisi-Qars layihəsi yekun mərhələdədir. Gürcüstan artıq regional haba çevrilib”.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan öz növbəsində deyib ki, ölkəsi “İpək yolu” coğrafiyasının önəmli hissəsini təşkil edir.

“Türkiyə regional layihələrə böyük önəm verir. Azərbaycan və Türkiyə ilə birgə iş birliyimizdə orta dəhliz üzərində yerləşən bütün ölkələr maraqlıdır”.

Polşanın infrastruktur və tikinti naziri Andjey Adamçık ölkəsinin İpək yolu təşəbbüsünü dəstəklədiyini deyib: “Bu dəhliz üzərində yerləşən dövlətlərlə Polşanın sıx əməkdaşlığı var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png