ONN İnformasiya Agentliyi

Kənd təsərrüfatında irəliləyiş — Məhsul yığımı artıb

Kənd təsərrüfatında irəliləyiş — Məhsul yığımı artıb
22 Yanvar 2018 - 17:43

2017-ci ildə 913,9 min ton və ya əvvəlki ilə nisbətən 1,3% çox kartof, 1405,6 min ton (10,6% çox) tərəvəz, 438,1 min ton (5,7% az) bostan məhsulları yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən ONN media-ya verilən məlumata görə, meyvə və giləmeyvə istehsalı 2017-ci ildə 8,2% artaraq 954,8 min ton olub. İl ərzində əlavə olaraq 10942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb.

Həmçinin ötən il 152,8 min ton (12,0% çox) üzüm, 775,2 ton (23,7% az) yaşıl çay yarpağı, 422,2 min ton (22,0% çox) şəkər çuğunduru, 30,6 min ton (78,1% çox) dən üçün günəbaxan, 5213,2 ton (45,4% çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png