ONN İnformasiya Agentliyi

Kriptovalyuta bazarında QİYMƏTLƏR

Kriptovalyuta bazarında QİYMƏTLƏR
31 May 2018 - 22:27

Dünyanın virtual pullar bazarında qeyri-sabitlik davam edir.

ONN media xəbər verir ki, bitkoinin qiyməti 7,5 min dollar ətrafında möhkəmlənməyə çalışır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,08% ucuzlaşaraq 7,507 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,32% və ya 573,39 dollaradək bahalaşıb, "Ripple" 1,26% (0,611 dollara qədər), "Bitcoin Cash" isə 0,6% (1005,08 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 329,72 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png