ONN İnformasiya Agentliyi

“Lukoyl”da Vahid Ələkbərovu o ƏVƏZ EDƏCƏK

“Lukoyl”da Vahid Ələkbərovu o ƏVƏZ EDƏCƏK
21 Aprel 2022 - 20:45

“Lukoyl”un Direktorlar Şurası 2022-ci il aprelin 21-də keçiriləcək iclasında müvəqqəti yeganə icra orqanının seçilməsi və səhmdarların növbədənkənar yığıncağının keçirilməsi məsələsini müzakirə edəcək.

ONN media xəbər verir kİ, bu barədə şirkətin yaydığı məlumatda deyilir. 

Bu gün “Lukoyl”un daimi prezidenti Vahid Ələkbərovun şirkətdən və direktorlar şurasından istefasından sonra “Lukoyl”un rəhbəri vəzifəsinə 20 ildən artıq şirkətdə çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.

Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda, Bakıxanov qəsəbəsində (o vaxtkı Razin) anadan olub.

O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKOYL” şirkətinə prezidentlik edirdi. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png