Mərkəzi Bank sabah mühüm qərar verəcək

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

ONN media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, bu münasibətlə qurumun inzibati binasında mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, martın 30-dan Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 %-dən 8,75 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75 %-ə çatdırılıb.