Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərini dəyişməz saxlayıb.

ONN media  bu barədə Banka istinadən xəbər verir.

Qərara əsasən, uçot dərəcəsi 6,25 faiz, dəhlizin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

Bu qərar risklər balansında əhəmiyyətli dəyişikliklər və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün prioritetlərin bərabərləşdirilməsi fonunda qəbul edilib.