ONN İnformasiya Agentliyi

Mərkəzi Banka yeni hüquqlar verilir

Mərkəzi Banka yeni hüquqlar verilir
09 İyun 2023 - 15:17

Ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququna malik olacaq.

ONN media xəbər verir ki, bu, Milli bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Faizlərin ödənilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul ediləcək.

Faizlər İdarə Heyətinin qərarında göstərilən müddətdə ödəniləcək və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil ediləcək.

Hazırda məcburi ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png