Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA

2021-ci il martın 31-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln manat təşkil edib.

ONN media xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatlarında qeyd olunub.

Kredit təşkilatlarının vaxtı keçmiş kreditlərinin həcmi cari ilin fevral göstəriciləri ilə müqayisədə 0,7%, ötən ilin mart göstəriciləri ilə müqayisədə isə 25,4% azalıb.

Ümumilikdə cari ilin martın 31-nə vaxtı keçmiş kreditlərin kredit portfelində payı 3,8% təşkil edib. Ötən ay bu nisbət 3,9%, ötən ilin mart ayında isə 6,2% təşkil edirdi.