ONN İnformasiya Agentliyi

Manatın qiymətində KƏSKİN DƏYİŞİKLİK

Manatın qiymətində KƏSKİN DƏYİŞİKLİK
16 Aprel 2018 - 11:25

ABŞ, İngiltərə və Fransanın Suriyaya hava hücumundan sonra dolların bütün dünyada bahalaşacağı gözlənilirdi. Yerli iqtisadçılar da verdikləri proznoqda dollar və neftin qiymətinin daha çox bu hadisədən asılı olacağını deyirdilər.

Ötən həftə 4.19 Türk Lirəsinə (TL) yüksələrək tarixi rekorda imza atan dollar bu gün 1.10 TL olub. Bir sözlə, qonşu ölkədə dolların daha da bahalaşacağını proqnazlaşdıranlar və bu ümidlə dollar alanlar zərərə uğrayıblar.

Maraqlıdır, belə kəskin dəyişiklik Azərbaycanda da müşahidə edilə bilərmi?

ONN media Sfera.az-a istinadla xəbər verir ki, bunu açıqlamasında  iqtisadçı ekspert Natiq Cəfərli bu haqda danışıb: 

"Azərbaycanda dolların məzənnəsi üzən məzənnə ilə deyil, inzibati qayda ilə tənzimlənir. Birjalarda qiymətli kağızlar və valyuta birjası olmadığından, hər an məzənnədə bir dəyişiklik olmadığından baş verən ciddi siyasi hadisələr belə manatın məzənnəsinə təsir etmir. Azərbaycandan fərqli olaraq Türkiyədə valyutanın məzənnəsinin müəyyənləşdirilmə qaydaları fərqlidir. Bu səbəbdən deyə bilərik ki, Azərbaycanda bu cür dalğaların olması mümkünsüzdür”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png