ONN İnformasiya Agentliyi

Naxçıvanın ÜDM-i ötən il nə qədər artıb?

Naxçıvanın ÜDM-i ötən il nə qədər artıb?
14 Yanvar 2021 - 10:46

2020-ci ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2019-cu ilə nisbətən (müqayisəli qiymətlər üzrə) 1,1% artaraq 2 907 810,5 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən ONN media-ya verilən məlumata görə, ötən il Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu il ilə müqayisədə 1,8% artaraq 6 310,4 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, 2020-ci ildə sənaye üzrə 1 040 475,9 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin göstəricini (müqayisəli qiymətlər üzrə) 1,4% üstələyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png