ONN İnformasiya Agentliyi

Neft Fondunun aktivləri 240 milyon dollar artıb

Neft Fondunun aktivləri 240 milyon dollar artıb
19 Aprel 2022 - 11:30

2022-ci ilin birinci rübünün yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45,264 mlrd. ABŞ dolları təşkil edir.

Bu, cari ilin əvvəli ilə müqayisədə 0,5% çoxdur.

2022-ci ilin yanvar-mart aylarında ARDNF-nin büdcə gəlirləri 2 955,9 milyon manat, büdcə xərcləri isə 2 764,5 milyon manat təşkil edib.

Hesabat dövründə Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 4 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən isə 5,8 milyon manat gəlir əldə edib, ölkənin payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% icra edilib.

Bundan başqa, rüb ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir isə 214,3 milyon manat təşkil edib.

3 ay ərzində ARDNF 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 757 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat, idarəetməyə isə 5,3 milyon manat yönəldib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png