ONN İnformasiya Agentliyi

Neft qiymətləri yenidən enişə keçib

Neft qiymətləri yenidən enişə keçib
16 May 2022 - 10:22

Bazar ertəsi neft qiymətlərində yenidən azalma müşahidə olunub.

Avropa İttifaqının Rusiya xam neftinə idxal qadağası hazırlaması və OPEC-in hasilatında məhdud artım üzrə tədarük narahatlıqlarının yaranmasına baxmayaraq, investorlar əvvəlki sessiyada qiymət artımından qazanc əldə etdikcə neft qiymətləri ucuzlaşıb.

“Brent” markalı neft fyuçersləri 1,66 dollar və ya 1,5% ucuzlaşaraq bareli 109,89 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftin fyuçersləri isə 1,55 dollar və ya 1,4% azalaraq 108,94 dollar/barelə düşüb.

Keçən cümə günü hər iki müqavilənin dəyəri təqribən 4% yüksəlmiş, “WTI” isə martın 28-dən bəri ən yüksək həddinə – 111,71 dollara çatmışdı.

Qeyd edək ki, cümə günü Avropa İttifaqının Şərqi Avropada tədarüklə bağlı narahatlıqlara baxmayaraq, bu ay Rusiya neftinə mərhələli embarqo qoyulmasını razılaşdırmağa çalışdığı, gecikmə təkliflərini rədd etdiyi bildirildi.

Həmçinin ötən həftə Moskva bir neçə Avropa enerji şirkətinə qarşı sanksiyalar tətbiq etdi və bu, tədarüklə bağlı narahatlıqlara səbəb oldu.

Bununla bərabər “OPEC” Rusiya hasilatındakı itkilər səbəbindən hasilatın artırılması ilə bağlı əvvəllər razılaşdırılmış planları pozur. Belə ki, OPEC-in son aylıq hesabatı aprel ayında hasilatın gündəlik 153 min barel artaraq 28,65 milyon barel səviyyəsinə yüksəldiyini və OPEC-in OPEC+ razılaşması çərçivəsində icazə verdiyi gündəlik 254 min barel artımdan geri qaldığını göstərdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png