Neftin qiyməti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-də 87,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel azdır.

Bu barədə ONN media-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 81,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır