ONN İnformasiya Agentliyi

Neftin qiyməti yenə dəyişdi

Neftin qiyməti yenə dəyişdi
04 Oktyabr 2019 - 23:14

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 60,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 57,81 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png