Neftin son qiyməti açıqlandı

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirir.

ONN media birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçersləri 0,72 % bahalaşaraq 83,46 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,68 % artaraq 1 bareli 77,23 ABŞ dolları təşkil edib.

Qiymət artımını şərtləndirən amil dolların məzənnəsidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,37 % azalaraq 113,68 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması xammal məhsullarını, o cümlədən nefti digər valyutalarda alış zamanı daha əlverişli edir