Paytaxt üzrə ödənişli xidmətlərin həcmi 100,1 faiz təşkil edib

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə ödənişli xidmətlərin həcmi əvvəlki ilin eyni səviyyəsinin 100,1 faizini təşkil edərək 3627906,3 min manat olub.

ONN media xəbər verir ki, verilən məlumata görə, ümumi həcmin 60,9 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilib.

Sözügedən müəssisələrdə əhaliyə 2208134,3 min manatlıq ödənişli xidmətlər göstərilib.