“PSJ” Neymarı satır?

Fransanın PSJ klubu yay transfer pəncərəsində braziliyalı futbol ulduzu Neymarla yollarını ayırmağa hazırdır. ONN media xəbər verir ki, bunun üçün klub rəhbərliyi sərfəli təklifin gəlməsini gözləyir: məbləğ 222 milyon avrodan çox olmalıdır. Bu məbləğdə pulu PSJ Neymarı heyətinə qatmaq üçün 2017-ci ildə “Barselona”ya ödəmişdi. Nəşrin mənbəsinin bildirdiyinə görə, futbolçu son həftələr qohumlarına yorulduğunu bildirir, PSJ-də qalmağın ona çətin olduğundan gileylənir. Oyunçunun agenti Pini Zahavi futbolçunun İspaniyaya qaytarılması istiqamətində işlər aparır. Neymarın “Barselona” klubunda hələ də bir çox futbolçularla, o cümlədən Messi ilə yaxşı münasibətləri davam edir.