Mariya Stadnikdən qızıl medal!

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub. ONN media xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlub edən olimpiya mükafatçımız çempion olub.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.