"Qarabağ" rus klubunu məğlub etdi

Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. ONN media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Ufa" klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib. Klubun saytına danışan 47 yaşlı mütəxəssis daha sonra bildirib: "Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".