Azərbaycan Universiadada ilk medalını qazandı

Azərbaycan Universiadada ilk medalını qazandı

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk medalını qazanıb. ONN media xəbər verir ki, II Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandırmış Hidayət Heydərov (-73 kq) bu yarışda da əliboş qalmayıb. O, yalnız finalda rusiyalı Yevgeni Prokopçuka qızıl xal hesabında uduzaraq, gümüş medalla kifayətlənib. Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçumuz – bayraqdarımız Murad Fətiyev (-81 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb. Onu da bildirək ki, medal sıralamasında Azərbaycan bir gümüş medalla 8-ci sırada qərarlaşıb.

Geri qayıt