Polşalı gimnast: Bakını çox bəyənirəm

"EYOF Bakı 2019"da idman gimnastikası yarışlarında iştirak edən polşalı gimnast Kasper Qarnzarek çıxışndan razı qaldığını qeyd edib.
ONN media xəbər verir ki, idmançı artıq ikinci dəfə Bakıda çıxış etdiyini vurğulayıb: "İkinci dəfədir ki, paytaxtınızdayam. Bu yarışlardakı çxışımdan ümumən razı qaldım, yalnız 1 uğursuz hərəkətim oldu".
Polşalı gimnast Bakını çox bəyəndiyini də bildirib: "Xüsusən, Milli Gimnastika Arenasını çox bəyənirəm və şadam ki, növbəti yarışlarda iştirak eytmək üçün yenidən Azərbaycanın paytaxtına gələcəm".