Trampı qorxuya salacaq dəlillər...

ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqəsini və bu əlaqənin 2016-cı il prezident seçkilərinə təsirini araşdıran FTB-nin keçmiş başçısı və xüsusi prokuror Robert Müller Nümayəndələr Palatası Ədliyyəsinin qarşısına çıxıb. ONN media xəbər verir ki, Müller araşdırma zamanı Trampın iddiaların əksinə, tamamilə təmiz olmadığını söyləyib. “Əldə edilən dəlillər prezidentin işlədiyi iddia edilən cinayətlərdən tamamilə uzaq olmadığını göstərir. Hesabatın söylədiyi bu deyil”, - o vurğulayıb.