Ərdoğanın iki təhdidi hər şeyi dəyişdi - Trampla görüşün SENSASİON DETALLARI

Ağ Evdə respublikaçı senatorlarla keçirilən qapalı toplantıda prezident Donald Tramp Rusiyadan S-400 zenit-raket komplekslərinin alışı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar mövzusunda “yumşaqlıq” tələb edib. ONN media xəbər verir ki, bu haqda NBC xəbər kanalı bildirib. Məlumata görə, Trampın respublikaçı senatorlar, həmçinin dövlət katibi Mayk Pompeo və Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltondan fərqli olaraq Türkiyə ilə bağlı yumşaq siyasətin tərəfdarı olmasının arxasında Yaponiyada keçirilən G20 sammitində Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüş dayanır. Mənbələr bildirirlər ki, görüşdə keçmiş prezident Barak Obamanı xatırladaraq Trampı “daha yaxşı iş adamı” adlandıran Ərdoğan sanksiyaların tətbiq ediləcəyi halda, həmkarını cavab addımları atacaqları ilə təhdid edib. Mənbələrə görə, bu təhdidlər arasında, NATO-dan çəkilmək və ABŞ-ı İncirlik bazasından çıxarmaq yer alırdı. Mənbələr, iki liderin sanksiyalardan yayınacaq bir razılığa gəldiklərini iddia ediblər. Qeyd edək ki, Türkiyəyə həsr olunmuş toplantı iyulun 24-də keçirilib. 45 senatorun və prezidentin təhlükəsizlik üzrə müşavirlərinin iştirak etdiyi toplantı 70 dəqiqə davam edib. Toplantıdan sonra hər hansı açıqlama verməyib. Senatorlar "Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə" (CAATSA) qanunu çərçivəsində prezidentdən Türkiyəyə qarşı sanksiyaların tətbiqini tələb edirlər. Lakin qanun prezidentə sanksiyaların tətbiqini 180 gün müddətində təxirə salmaq və ya 12 sanksiyadan 5-ni seçmək səlahiyyəti verir.(publika)