"Neftçi"dən Rusiyada möhtəşəm qələbə - VİDEO
"Neftçi" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. ONN media bildirir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Arsenal"ın qonağı olub. Tulada baş tutan görüş Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Dario Frederiko vurub. Oyunun ən maraqlı kadrlarını və yeganə qolu təqdim edirik. https://www.youtube.com/watch?v=nugsewARtww
