Tramp Fransanı hədələdi

Fransanın Amerika şirkətləri barəsində rəqəmsal vergi tətbiqinə tezliklə cavab veriləcək. ONN media xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib. “Fransa Amerikanın böyük texnologiya şirkətləri barəsində rəqəmsal vergi tətbiq etdi. Biz tezliklə Makronun ağılsızlığına (Fransa prezidenti Emmanuel Makron –red.) əhəmiyyətli cavab hərəkətlərini elan edəcəyik”, - Tramp tviterdə yazıb.