İndoneziyada "Tanqkuban" vulkanı oyandı

İndoneziyada "Tanqkuban" vulkanı oyanıb. ONN media bildirir ki, Bandunq şəhəri yaxınlığında yerləşən vulkandan bir neçə yüz metr yüksəkliyə kül sovrulub. Yerli hakimiyyət əhaliyə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.