Zelenski bu şəkilə görə tənqid olundu - FOTO

Zelenski bu şəkilə görə tənqid olundu - FOTO

Ukraynalılar Prezident Vladimir Zelenskinin çimərlikdə paylaşdığı şəkilə sərt reaksiya göstəriblər. ONN media xəbər verir ki, Feysbuk hesabında Odessa çimərliyində yarıçılpaq şəxslərlə şəkil paylaşan Zelenskiyə ukraynalılar "Ölkədə gənclərin öldüyü bir müharibə gedərkən dövlət rəhbərinin çimərlik sevgisi" və bu kimi tənqidlərlə dolu şərhlər yağdırıblar. Ukraynalılar dövlət rəhbərinin istirahət etməməsinin və Donbasda müharibə bölgəsinə getməsinin lazım olduğunu bildiriblər. Qeyd edək ki, Ukrayna Prezident Vladimir Zelenski Odessa çimərliyində yarıçılpaq şəxslərlə şəkil paylaşaraq ukraynalılara gözəl həftə sonu istirahəti arzulayıb.

Geri qayıt