Əlverişsiz hava şəraitindən iki nəfər həyatını itirib

Əlverişsiz hava şəraitindən iki nəfər həyatını itirib

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb. ONN media bildirir ki, bu barədə "RaiNews24" xəbər kanalı bildirib. Məlumata əsasən, ötən gəcə Foçene yaşayış məntəqəsində baş verən tornado nəticəsində 27-yaşlı qadın həlak olub. Tornadoya görə çox sayda park edilmiş avtomobillərə xeyli ziyan dəyib, iki binanın dam örtükləri qismən qopub. İyulun 27-də Alto Adidjee (Cənubi Tirol) dağlarında bir norveçli idmançı ildırım vuraraq ölüb. Həmin idmançı yürüşdə iştirak edirmiş.

Geri qayıt