Moskvada etiraz - 1074 nümayişçi həbs olundu

Moskvada etiraz - 1074 nümayişçi həbs olundu

Moskvada təşkil olunan etiraz aksiyaları zamanı 1074 nəfər saxlanılıb. ONN media xəbər verir ki, bu barədə paytaxt polisi məlumat verib. Nümayişçilərin saxlanılmasına səbəb onların ictimai asayişi pozaraq, icazəsiz aksiya təşkil etməsidir. İddialara görə, nəzarətə götürülən nümayişçilərin əksəriyyəti paytaxt sakini deyil. Həbs edilənlər arasında müxalifət lideri Aleksey Navalnı da var. Ona 30 gün iş kəsilib. Qeyd edək ki, aksiyaların keçirilməsinə səbəb müxaliflərin Moskva bələdiyyəsinə keçiriləcək seçkilərə buraxılmamasıdır.

Geri qayıt