Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir. ONN media -ya Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadən verdiyi məlumata görə, akrobatik gimnastika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək. Bildirilir ki, gimnastika üzrə təqvimə gəldikdə, Azərbaycan seçim yeri olaraq qalır: "2019-ci il bədii gimnastika üzrə dünya çempionatından, 2020-ci il aerobika gimnastikası üzrə dünya çempionatından və 2021-ci il tamblinq üzrə dünya çempionatından sonra Bakıda ilk dəfə Milli Gimnastika Arenasında 2021-ci ildə akrobatik gimnastika üzrə dünya çempionatı keçiriləcək". Qeyd edilir ki, 2-7 mart tarixlərində şəhərdə çempionatdan əvvəl yaş qrupları arasında dünya yarışları keçiriləcəkdir.
