Qızıl bahalaşıb, gümüş isə...
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb. ONN media xəbər verir ki, sentyabrın 25-də qızılın qiyməti sentyabrın 24-ü ilə müqayisədə 15,181 manat artaraq 1 unsiya üçün 2599,6485 manat təşkil edib. Gümüş 0,0728 manat ucuzlaşaraq 1 unsiya üçün 31,467 manata bərabər olub. Patinin qiyməti 1,2665 manat azalaraq 1619,0035 manat, palladiumun qiyməti 25,296 manat artaraq 2840,5555 manat təşkil edib.
