"Qalatasaray" və "Beşiktaş" da xalqımızı təbrik etdi

"Qalatasaray" və "Beşiktaş" da xalqımızı təbrik etdi

Türkiyənin "Fənərbaxça" klubundan sonra "Qalatasaray" və "Beşiktaş" da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib. ONN media xəbər verir ki, "Cim-Bom" bununla bağlı rəsmi "Feysbuk" səhifəsində yazıb: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun". "Beşiktaş"ın isə "Feysbuk" hesabından yayımladığı təbrik mesajında bildirilir: "Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. İki dövlət, tək millət". Xatırladaq ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.

Geri qayıt