“Qarabağ” çağırış etdi: Sabah mütləq gəlin!

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - APOEL matçına 28 mindən çox bilet satılıb. ONN media xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında bildirilib. Klubun rəsmi səhifəsi azarkeşlərə çağırış edib: “Son 3 min bilet. Sabah saat 20:55-də sən də 30 minlik bayraq şousunda iştirak et, “Qarabağ”ımızla qələbə üçün 90 dəqiqə birlikdə mübarizə aparaq!” Qeyd edək ki, oktyabrın 24-ü saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - APOEL matçında tribunalarda 30 min Azərbaycan bayrağı olacaq.