Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə üz-üzə

Gürcüstanın Batumi şəhərində davam edən şahmat üzrə komandalararası 22-ci Avropa çempionatının 8-ci turunda Azərbaycan komandası Ermənistan komandası ilə qarşılaşır. Komandaların liderləri arasında görüşdə Şəhriyar Məmmədyarovla Levon Aronyan qarşılaşıb. Bu görüş heç-heçə başa çatıb. Digər cütlüklərdən Arkadi Naydiç Qabriel Sarkisyanla, Qədir Hüseynov Hrant Melkumyanla və Eltac Səfərli Arman Paşikyanla qarşılaşır. (trend)