3 PKK terrorçusu məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti antiterror əməliyyatı keçirib.
Bu barədə ONN media "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, əməliyyat Kara bölgəsində baş tutub. Əməliyyat zamanı terrorçu PKK-nın 3 silahlısı zərərsizləşdirilib. Terroçuların əməliyyatdan əvvəl Türkiyə ərazisinə hücum hazırlığında olduqları qeyd edilir.
Antiterror əməliyyatına Türkiyənin Hərbi Hava Qüvvələri də dəstək verib.