Aras Bulutun çəkildiyi film nə qədər gəlir əldə edib?

Türkiyədə kinoteatrda yayımlanan filmlərin gəlirləri açıqlanıb. ONN media xəbər verir ki, ilk dördlükdə yer alan filmlərin ümumi gəliri 216 milyon lirə olub. Belə ki, ən yüksək gəlir baş rolda Aras Bulut İynemli və Nisa Sofiyanın oynadığı "7-ci koğuştaki mucize" filminə aiddir. Ekran işinin ümumi gəliri 82 milyon lirə təşkil edib (24 milyon 253 min 179 manat). Cem Yılmazın ərsəyə gətirdiyi "Karakomik filmlər" kinoteatrda 14 milyon lirə (414 min manat), "Recep İvedik 6" və "Orqanize işler" 55 milyon lirə (16 milyon 267 min 376 manat) qazanıb. Xatırladaq ki, türk kinoşünasları "7-ci koğuştaki mucize" filminin oğurluq olduğunu idda edirlər. Onlar hesab edirlər ki, filmin ssenarisi də, adı da eyni adlı Cənubi Koreya filmindən götürülüb.