İstanbul-İrəvan aviareysləri dayandırıldı

İstanbul-İrəvan aviareysləri dayandırıldı


Türkiyənin “Atlas Global” aviaşirkəti 27 noyabr tarixindən etibarən İstanbul-İrəvan marşrutu daxil olmaqla bütün istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb.
ONN media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Aviaşirkətin açıqlamasına görə, gələcəkdə daha yaxşı xidmətlərin göstərilməsi və rekonstruksiya işləri ilə bağlı aviareyslər müvəqqəti olaraq dayandırılıb. Uçuşların dekabrın 21-də bərpa edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Aatlas Global” həftədə iki dəfə İrəvana birbaşa uçuşlar həyata keçirib.
Geri qayıt