Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,01 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Geri qayıt