Putin İsrailə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin İsrailə səfərə hazırlaşır. ONN media xəbər verir ki, Kreml rəhbəri Beynəlxalq Holokost qurbanlarının Xatirəsi Günündə iştirak edəcək. Forum 2020-ci ilin yanvarında Qüdsdə keçiriləcək. Qeyd edək ki, Putinin səfəri barədə məlumatı mətbuat katibi Dmitri Peskov yayıb.