İsmayıllı səmasında yanan obyekt... - VİDEO

Bu gün axşam saat 19:00 radələrində İsmayıllı rayonunda səmada yanan obyekt müşahidə olunub. Yerli sakinlərin Baku.vs-ə göndərdiyi videoda yanan cismin hərəkət etdiyi müşahidə olunur. Xatırladaq ki, buna bənzər video bu gün Rusiya səmasında da müşahidə olunub. Sonra məlum olub ki, Rusiya "Topol” raketini sınaqdan keçirib.