Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək

"Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir". ONN media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, həmin ölkələr Azərbaycan üçün artıq formalaşmış turizm bazarlarıdır: "Ona görə də ötən illərdə olduğu kimi, bu il də adıçəkilən ölkələrdən daha çox turistin gəlmə tendensiyası müşahidə ediləcək".