65 nəfər saxlanıldı - HƏBSLƏR davam edəcək

65 nəfər saxlanıldı - HƏBSLƏR davam edəcək

Parisdəki etirazlarda 60-dan çox şəxs saxlanılıb. ONN media xəbər verir ki, pensiya islahatlarına etiraz aksiyasında həbs edilənlərin sayı əvvəlcə 28 olsa da, hazırda 65-ə çatıb. Bu barədə şəhər polis idarəsinin Tvitter hesabında yazılıb. Paytaxtda keçirilən genişmiqyaslı tətil ictimai nəqliyyatın hərəkətini iflic edib. Aksiya yerli vaxtla saat 14.00-da başlayıb. Təhlükəsizliyin təmini məqsədilə Parisə 6000 polis və jandarma səfərbər olunub. Ümumilikdə 250 nümayişin keçirilməsi nəzərdə tutulub.

Geri qayıt