Sahibkarlar tələb etdi: Başçı dərhal “EuroHome”a getdi

Sahibkarlar tələb etdi: Başçı dərhal “EuroHome”a getdi

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən “EuroHome” ticarət mərkəzinə gedib. ONN media xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra hakimiyyətindən  cavab olaraq bildirilib. İcra başçısının hazırda zərərçəkən sahibkarların şikayətini dinlədiyi bildirilir. Qeyd edək ki, az öncə sahibkarlar yanan ticarət mərkəzinin önünə yığışaraq, dəyən ziyana görə kompensasiya ilə bağlı rəsmi şəxslərlə görüş istəmişdilər.

Geri qayıt