Türkiyə "S-400"ləri nə zaman İŞƏ SALACAQ?

Türkiyə "S-400"ləri nə zaman İŞƏ SALACAQ?

Türkiyə “S-400” hava hücumundan müdafiə sistemlərini 2020-ci ildə ordunun istifadəsinə verəcək. ONN media xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar belə açıqlama verib. O bildirib ki, 2020-ci ilin yaz aylarında müdafiə sistemləri nəzərdə tutulan ərazilərə yerləşdirilərək, işə salınacaq. Akarın sözlərinə görə, “S-400”lərin birinci paketi Türkiyəyə çatdırılıb və tədarük prosesi davam edir.

Geri qayıt