Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu – RƏSMİ

Daxili İşlər Nazirliyi Metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb. DİN-dən ONN media-ya verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb. Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb. Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.