Nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub. ONN media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Nazirin digər əmri ilə İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.