S-400 hissələri Türkiyədə istehsal ediləcək?

S-400 hissələri Türkiyədə istehsal ediləcək?

Türkiyə ilə Rusiya əlavə “S-400” zenit-raket sistemlərinin təchizatı ilə bağlı anlaşma imzalanmağa yaxındırlar. ONN media xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir həmçinin Ankara ilə Moskvanın zenit-raket kompleksi elementlərinin birgə istehsalı barədə razılaşma imzalamaq niyyətində olduqlarını qeyd edib. “Maliyyə detallarını razılaşdırdıqdan sonra biz sistemin birgə və ya sistemin müəyyən elementlərinin Türkiyədə istehsalı haqqında razılaşma imzalayacağıq”, - deyə Dəmir bildirib.

Geri qayıt