Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Ramiq Heybətov İranın paytaxtı Tehranda keçirilən “Day of children” turnirində bürünc medal qazanıb. ONN media bildirir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Ermənistan təmsilçisi ilə üz-üzə gəlib. Heybətov rəqibini böyük hesabla məğlubiyyətə uğradıb - 19:6.