Narkoloji dispanserdə yanğın olub- Ölənlər var

Rusiyanın Tümen şəhərində narkoloji dispanserdə yanğın baş verib.
ONN media xəbər verir ki, yanğın nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.
Bildirilir ki, yanğın zamanı 13 nəfər xilas edilib, 116 nəfər isə təxliyə edilib.
Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbi araşdırılır.