"Taliban" hərbçilərə hücum etdi - 25 ölü

Əfqanıstanın cənub-şərqindəki Qəzni əyalətində hərbçilərə hücum edilib.
ONN media bildirir ki, hücum nəticəsində azı 25 hərbçi həlak olub.
Hadisə ilə bağlı “Taliban” radikal hərəkatı məsuliyyəti üzərinə götürüb.
Hücumun digər təfərrüatları barədə məlumat verilməyib.